Rusiyada fövqəlada vəziyyət elan edildi
27 Dekabr 2024
15:59 - 13 Dekabr 2024
İsrail dövlətinin Baş naziri Benyamin Netanyahu özünün "Telegram" kanalında İran xalqına müraciət edib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Netanyahu İran vətəndaşlarına müraciətində Qüdsün sülh istədiyini bildirib.
İsrailin Baş nazirinin "Telegram" kanalında yayımlanan fars dilində altyazılı üç dəqiqəlik videoda, İran xalqının da qarşıdurma istəmədiyinə əmin olduğunu bildirib.
"İsrail sülh istəyir. Biz sülh istəyirik, amma yalnız bizimlə sülh istəyən dövlətlərlə. Mən əminəm ki, siz, İran xalqı bunu bilirsiniz. Mən bilirəm ki, bizim sizinlə sülh istədiyimiz kimi, siz də bizimlə sülh istəyirsiniz", - o bildirib.
İsrailin baş naziri Benyamin Netanyahu İrana qarşı sərt ittihamlar irəli sürüb. O, İran rəhbərliyini digər ölkələri işğal etməyə və Yaxın Şərqə fundamentalist təriqətçi bir diktatura qurmağa çalışmaqda ittiham edib. Netanyahu həmçinin əlavə edib ki, "bir gün hər şey dəyişəcək" və "İran azad olacaq".
Qeyd edək ki, bu, Netanyahunun iranlılara ilk müraciəti deyil. Noyabrda yəhudi dövlətinin baş naziri bildirmişdi ki, İsrail İranla müharibə etmək istəmir və münaqişənin genişlənməsində İslam Respublikasının hakimiyyəti günahkardır
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin