Azərbaycanda canavar 3 nəfərə hücum etdi

12:02 - 13 Dekabr 2024

Azərbaycanda canavar 3 nəfərə hücum etdi

Şəkidə 3 nəfərə canavar hücum edib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında rayonun Şorsu kəndində Seymur Cuma oğlu İsayev övladını məktəbə apararkən kəndin ərazisində canavarın hücumuna məruz qalıb. Canavar C. İsayevə xəsarət yetirib.

Bu gün səhər saatlarında rayonun Cumakənd kəndində də canavar kəndin ərazisində iki nəfərə xəsarət yetirib. Kənd sakini 68 yaşlı Səfərəli Hüseyinəli oğlu Həsənov və 28 yaşlı Məhəmməd Fikrət oğlu Məmmədova xəsarət alıblar.

Xəsarət alan şəxslərə Şəki Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulub.


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin