Rusiyada fövqəlada vəziyyət elan edildi
27 Dekabr 2024
10:37 - 13 Dekabr 2024
ABŞ Gürcüstanda yüksək çinli məmurlar və qanunverici orqanın nümayəndələri də daxil olmaqla 20-yə yaxın şəxsə demokratik normaları pozduqları üçün viza məhdudiyyəti qoyur, həmçinin əlavə sanksiyalar hazırlayır.
Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yaydığı yazılı açıqlamada deyilir.
“Dövlət Departamenti bu gün Gürcüstanda demokratiyanın pozulmasına görə məsuliyyət daşıyan və ya bu prosesdə iştirak edən, o cümlədən hökumətdə nazir vəzifələrində çalışanlar, parlament üzvləri, hüquq-mühafizə və təhlükəsizlik orqanlarının məsul şəxsləri, fiziki şəxslər daxil olmaqla bir qrup şəxsə viza verilməsinə qadağa qoyan viza məhdudiyyətləri siyasətinin bir hissəsi kimi əlavə tədbirləri elan edir”, – sənəddə qeyd edilir.
Bu şəxslərin adları və vəzifəsi ilə bağlı hələ ki, məlumat verilmir.
Bəyanatda deyilir ki, ABŞ sanksiyalar da daxil olmaqla əlavə tədbirlər hazırlayır.
Departament onu da bildirib ki, ABŞ tərəfi əvvəllər 100-dən çox insanı əhatə edən məhdudiyyətlər tətbiq edib.
Bunlar “Gürcü Arzusu” partiyası ilə əlaqəli insanlar, eləcə də onların ailə üzvləridir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin