Rusiyada fövqəlada vəziyyət elan edildi
27 Dekabr 2024
09:57 - 13 Dekabr 2024
Dubayda yerləşən lüks telefon istehsalçısı “Caviar” indiyə qədər istehsal edilmiş ən bahalı “iPhone 16 Pro Max” modelini təqdim edib.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, böyük, dəhşətli, möhtəşəm olaraq xarakterizə edilən bu telefon arxa qapağındakı üç simvolik monarx dizaynı ilə diqqət çəkib.
Bu yeni model, qiymətli daşlarla bəzədilmiş xüsusi dizaynı və quruluşu ilə əvəzolunmazdır.
Onun arxa qapağında tarixi şəxsiyyətlərin simvolizmini birləşdirən vizual detallar var.
“Caviar” dizaynında 1 kiloqramdan çox qızıldan istifadə edib və 750 dərəcədə işlənmiş bu telefona 402 almaz, yaqut və sapfir əlavə edib.
Qiymətli daşlar həqiqi dəri üzərində yerləşdirilərək telefona dəbdəbəli görünüş verir.
Bu xüsusi “iPhone 16 Pro Max”, “Caviar”ın “Corona” kolleksiyasının ən nadir hissələrindən biri kimi təqdim edilib və yalnız 3 ədəd istehsal ediləcəyi bildirilir.
Bu telefonun qiyməti 301 min 979 dollar müəyyən olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin