Rusiyada fövqəlada vəziyyət elan edildi
27 Dekabr 2024
08:00 - 13 Dekabr 2024
Həkimlər isti otaqlarda yatmağın sağlamlıq üçün təhlükəli ola biləcəyini xəbərdar edir.
Manset.az Milli.az-a istinadən xəbər verir ki, yüksək temperaturda yatmaq bədən istiliyini normadan daha çox artıraraq, yuxu keyfiyyətini poza bilər və müxtəlif sağlamlıq problemlərinə yol aça bilər.
Tədqiqatlar göstərir ki, çox isti otaqlarda yuxu zamanı bədən tənəffüs və qan dövranı sistemləri üzərində əlavə yük yaradır. Bunun nəticəsində gecə tərləmə, narahat yuxu və hətta kardiovaskulyar problemlər meydana çıxa bilər. Uzun müddət isti mühitdə yatmaq həmçinin böyrək və həzm sistemi problemlərinə səbəb ola bilər.
Həkimlər yuxu otağının temperaturunun 18-22 dərəcə arasında olması tövsiyə edirlər. İsti otaqlarda yatmaqdan qaçınmaq və uyğun hava şəraitində yuxu mühiti yaratmaq sağlamlıq üçün faydalıdır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin