Prezidentlə xanımı Heydər Əliyevin məzarını ziyarət etdi - YENİLƏNİB
12 Dekabr 2024
13:15 - 12 Dekabr 2024
"ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp seçki zamanı 24 saat ərzində sülhə nail olacağına dair vədlərinə baxmayaraq, Ukraynadakı münaqişə sürətli həll oluna bilməz".
Manset.az TASS-a istinadən xəbər verir ki, bu fikri Slovakiyanın baş naziri Robert Fitso deyib.
"O, vəd etmişdi ki, müharibəni 24 saat ərzində bitirəcək. Təbii ki, bu, bir seçki ritorikası idi. Belə ki, Tramp, münaqişənin həlli üçün nəsə etməli olacaq və artıq bəzi qeyri-müəyyən açıqlamalar görürük", – deyə Fitso bildirib.
Onun sözlərinə görə, Tramp administrasiyasının real addımları, əvvəllər dediklərindən fərqli olacaq, amma Fitso vurğulayıb ki, "Amerikanın növbəti liderinin konstruktiv yanaşmasını alqışlayır".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin