Mirzoyan Avropa İttifaqını ittiham etdi

23:03 - 15 Noyabr 2021

Mirzoyan Avropa İttifaqını ittiham etdi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqını Cənubi Qafqazda ikili standartlar siyasətindən əl çəkməyə çağırıb.

Manşet.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə o, Brüsseldə “Şərq Tərəfdaşlığı” proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin görüşündə çıxışında deyib: 

“Dolayı bəyanatlar  beynəlxalq tərəfdaşlarımızın laqeydliyi və hazır olmaması kimi qəbul edilə bilər”. 

Onun sözlərinə görə, əgər Aİ Ermənistanın regionda sülhə nail olmaq səylərini dəstəkləmək istəyirsə, o zaman bu məsələlərdə səmimi olmaqdan və insan haqları və regionumuzda güc tətbiqi ilə bağlı ikili standart siyasətindən əl çəkərək mövqe bildirməkdən başqa yolu yoxdur.


Xəbər xətti

18 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin