Rusiyada fövqəlada vəziyyət elan edildi
27 Dekabr 2024
09:56 - 10 Dekabr 2024
Suriyada 61 illik BƏƏS rejiminin dağılması ilə ölkədə yeni dövr başlayıb.
Manset.az xəbər verir ki, Əsəd rejiminə son qoyan müxalif qüvvələr ölkənin böyük əksəriyyətinə nəzarəti ələ keçirib.
Nəzarət olunan ərazilərdəki həbsxanalarda olan məhbuslar sərbəst buraxılıb.
Bu məhbusların əksəriyyətini illər boyu Əsəd hakimiyyətinə qarşı üsyan edən və ya verilən qeyri-insani əmrlərə əməl etməyənlər təşkil edirdi. Həmin adlardan biri də ölkə tarixində ən uzun müddət həbsdə olan siyasi məhbus Raqhid Əl-Tatari idi.
Suriyalı pilot Raqhid Əl-Tatari prezident Hafiz Əsədin əmrinə tabe olmayıb və 1982-ci ildə qiyamın baş verdiyi Həma şəhərinə bomba atmaqdan imtina edib.
Pilot Tatari deyib ki , o, “xalqının üzərinə bomba ata bilməyib” və Əsəd tərəfindən həbs edilib.
O, Əsəd rejimi bitdikdən sonra saxlandığı Sednaya həbsxanasından buraxılıb.
Beləliklə, Tatari 42 ildən sonra azadlığına qovuşub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin