Azərbaycanda minimum pensiya ARTIRILIR
18 Noyabr 2024
20:44 - 15 Noyabr 2021
Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və türkiyəli həmkarı Sədat Önal İstanbulda məsləhətləşmələr aparıb.
Manşet.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüş zamanı Cənubi Qafqazda yaxın vaxtlarda "3+3” mexanizminin işə salınması məsələsi müzakirə olunub.
Bakı və İrəvan arasında münasibətlərin normallaşması kontekstində Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr və 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli sazişlərin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyi qeyd edilib. Yaxın gələcəkdə Cənubi Qafqaz üçün "3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya, Türkiyə, İran) regional məsləhətçi mexanizminin işə salınmasının aktuallığı vurğulanıb”, - deyə məlumatda qeyd olunub.
(Axar.az)
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin