İranda hicab qanununun tətbiqi təxirə salındı

16:24 - 9 Dekabr 2024

İranda hicab qanununun tətbiqi təxirə salındı

İranda uzun müddət müzakirə edilən və ölkənin sosial həyatını əhəmiyyətli dərəcədə təsir edəcəyi gözlənilən "Hicab və iffət" qanununun tətbiqi bir neçə ay müddətinə təxirə salınıb.

 

Manset.az bu barədə İran mətbuatına istinadən xəbər verir.

İran Milli Təhlükəsizlik Şurasının verdiyi açıqlamaya görə, qanunun hazırkı şəraitdə tətbiqi məsələsi müzakirə edildikdən sonra, mövcud vəziyyətin qanunun tətbiqi üçün uyğun olmadığına qərar verilib. Şura bu qərarın ölkənin içindəki sosial və siyasi mühitdə yaranan gərginliklər və cəmiyyətin reaksiyalarını nəzərə alaraq alındığını bildirib.

Məlumata görə, qanunun tətbiqi təxirə salınarkən, hicab qaydalarına riayət olunması məsələsində daha çox mədəni fəaliyyətlər və maarifləndirmə tədbirlərinin önə çıxarılacağı vurğulanıb. Qanunla bağlı cəmiyyətin müxtəlif təbəqələrindən gələn reaksiyalar da nəzərə alınaraq, bu mərhələdə hicabın tətbiqi ilə əlaqədar sərt tədbirlərdən qaçınılacağı bildirilib.

Yeni qərar, xüsusən qadın hüquqları ilə bağlı geniş müzakirələrə səbəb olan bu qanunun gələcəkdə necə tətbiq ediləcəyinə dair suallar doğurub. Eyni zamanda, mədəni fəaliyyətlərin təşviqi və ictimai maarifləndirmə ilə hicab və iffət məsələlərinə yanaşılmasının daha faydalı olacağı qeyd edilib


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin