Rusiyada fövqəlada vəziyyət elan edildi
27 Dekabr 2024
17:45 - 9 Dekabr 2024
Konqo Demokratik Respublikasında oktyabrın 24-dən bəri naməlum xəstəliklə 400 - dən çox insan xəstələnib , onlardan 30-dan çoxu dünyasını dəyişib.
Manset.az bu barədə TASS-a istinadən xəbər verir.
Xəstəliklər əsasən beş yaşına qədər olan uşaqlara təsir edir.
Sağlamlıq mütəxəssisləri və yerli hakimiyyət orqanları xəstəliyin yayılmasını araşdırmağa davam edirlər, lakin hələlik onun dəqiq səbəbi müəyyən edilməyib.
Yerli xəstəxanalarda müalicə alan xəstələr arasında simptomlar müxtəlif olsa da, əsasən yüksək hərarət, qızdırma, qusma və qarın ağrısı müşahidə edilir. Bu xəstəliyin həm şəhər, həm də kənd yerlərində sürətlə yayıldığı bildirilir. İndiyə qədər çoxsaylı xəstəlik şübhələri olsa da, epidemiyanın hansı infeksiya və ya virusdan qaynaqlandığına dair hər hansı bir aydın məlumat verilməyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin