Rusiyada fövqəlada vəziyyət elan edildi
27 Dekabr 2024
15:17 - 9 Dekabr 2024
Silahlı müxalifət komandanlığı dövlət mediasının əməkdaşlarına təzyiq və hər hansı şəkildə təqibi qadağan edib.
Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Əl-Vətən” nəşri məlumat yayıb.
“Ali Komandanlıq: Suriya televiziyası, televiziya və radio yayımı agentliyinin əməkdaşlarını, sosial şəbəkələrin sahiblərini təqib etmək qəti qadağandır. Onlara qarşı hər hansı təhdid etmək də qadağandır”, - məlumatda qeyd olunub.
Bildirilib ki, əmri pozmağa görə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Bundan başqa, Suriya silahlı müxalifətinin komandanlığı qadınları hicab taxmağa məcbur etməyə də qadağa qoyub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin