Sumqayıtdakı partlayışda yaralanan oğul da atasından sonra öldü - FOTO

13:30 - 9 Dekabr 2024

Sumqayıtdakı partlayışda yaralanan oğul da atasından sonra öldü - FOTO

Bir neçə gün öncə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış nəticəsində ölənlərin sayı ikiyə çatıb.

Bu barədə Manset.az-a mərhumun yaxınları məlumat veriblər. 

Başın, boyunun, gövdənin hər iki yuxarı və aşağı ətrafının I-II-III A dərəcəli termiki yanığı (60-65%), yanıq şoku III dərəcə diaqnozları təyin edilən 2007-ci il təvəllüdlü Ayxan Əliyev müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Mərhumun 2010-cu il təvəllüdlü bacısı Familə Əliyevanın müalicəsi isə davam etdirilir.

Qeyd edək ki, dekabrın 3-ü baş verən partlayışda  Ayxan Əliyevin atası, 1977-ci il təvəllüdü Ramin Əliyev dörd gün sonra dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma davam edir. 



Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin