“Kurtlar Vadisi”nin Əsədlə bağlı bu səhnəsi gündəm oldu - VİDEO

11:45 - 9 Dekabr 2024

“Kurtlar Vadisi”nin Əsədlə bağlı bu səhnəsi gündəm oldu - VİDEO

Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra Türkiyənin məşhur “Kurtlar Vadisi” serialından bir səhnə gündəmə gəlib.

 

Manset.az Globalinfo.az-a istinadla xəbər verir ki, zaman-zaman Türkiyə siyasi fikrinin təqdim edildiyi bu serialdakı Hikmət və Ömər baba obrazlarının arasındakı dialoq hazırda sosial şəbəkələrdə müzakirə mövzusudur.

Sözügedən səhnədə Hikmət İraqın çökdürülməsindən sonra növbənin Suriyada olduğunu deyir və proseslərin arxasında İsrailin yer aldığına işarə edir. Həmçinin Bəşər Əsədin situasiyanı bildiyi və hazır vəziyyətdə gözlədiyi vurğulanır.

Dialoq zamanı İraqla bağlı deyilən “İraq 3-ə bölünsə, İran 5-ə bölünər” fikri müxtəlif askpetlərdən yozulur.

Ətraflı videoda:


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin