Azərbaycanda minimum pensiya ARTIRILIR
18 Noyabr 2024
18:06 - 15 Noyabr 2021
Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin yüzlərlə tərəfdaşı yenidən Tbilisidə etiraz aksiyası keçirir.
Manşet.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, aksiya iştirakçıları şəhərin ən vacib yollarından birinin hərəkət hissəsini bağlayıblar.
Hadisə yerinə polis əməkdaşları, Daxili İşlər Nazirliyinin xüsusi bölmələri su şırnaqları ilə cəlb olunub.
Qeyd edək ki, Gürcüstan müxalifəti noyabrın 8-i Mixail Saakaşvilinin mülki klinikaya köçürülməsini tələb etmək məqsədilə etiraz aksiyalarının başlamasını elan edib. Bu məqsədlə Saakaşvilinin təsis etdiyi “Vahid Milli Hərəkat” partiyası həftə ərzində müxtəlif dövlət qurumlarının qarşısında aksiyalar təşkil edib.
Xatırladaq ki, Saakaşvili səhhətində yaranan problemlərlə bağlı 18 saylı “Qldani” Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Gürcü siyasətçi oktyabrın 1-də saxlanıldığı andan etibarən aclıq aksiyası keçirir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin