Borcu olan 137 nəfər saxlanıldı

11:44 - 7 Dekabr 2024

Borcu olan 137 nəfər saxlanıldı

Dekabrın 6-da ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.


DİN-in Mətbuat Xidmətindən Manset.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 162, o cümlədən borclu şəxs qismində axtarışda olan 137 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

Dekabrın 6-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatdırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 2 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin