İran Suriyadan diplomatlarını və hərbçilərini təxliyə edir

09:18 - 7 Dekabr 2024

İran Suriyadan diplomatlarını və hərbçilərini təxliyə edir

İran Suriyadan öz diplomatlarını və hərbi müşavirlərini təxliyə etməyə başlayıb.

 

Manset.az xəbər verir ki, “The New York Times” qəzeti mənbələrə istinadən İran İslam İnqilabı Keşikçiləri Korpusunun bəzi hərbçiləri artıq İraq və Livana təxliyə edildiyini yazıb.

İran diplomatik işçiləri və onların ailə üzvləri, eləcə də İranın adi vətəndaşları Suriyanı tərk edir. Onların bir hissəsi təyyarələrlə Tehrana, bir hissəsi isə quru nəqliyyatı ilə Livan, İraq və Suriyanın Latakiya limanına göndərilir.


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin