Rusiyada fövqəlada vəziyyət elan edildi
27 Dekabr 2024
18:28 - 6 Dekabr 2024
"Xüsusilə davam edən münaqişələr fonunda bütün dövlətlərlə qarşılıqlı əlaqədə olmaq vacibdir".
Manset.az xəbər verir ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədri Yan Borq Rusiyanın üzvlüyünün mümkün dayandırılması ilə bağlı sualı cavablandırıb.
"Dostlar və müttəfiqlərlə müzakirə etmək və razılaşmaq çox asandır, lakin sonda, xüsusən də tüğyan edən dünya münaqişələri fonunda müharibələrdə iştirak edən və onları dayandıra bilən bütün dövlətlərlə qarşılıqlı əlaqə qurmaq vacibdir", - o bildirib.
Borqun fikrincə, Rusiyanın ATƏT-ə üzvlüyünün dayandırılması təşkilatı “ Moskvanın iştirak etmədiyi digər çoxtərəfli formatlara bənzəyəcək ”.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Xarici İşlər Nazirləri Şurasında çıxış edərək, təşkilatın faydasız olduğunu bəyan edib .
Diplomatın sözlərinə görə, bu təşkilat çərçivəsində həyata keçirilən siyasətdə “nə əməkdaşlığa, nə də təhlükəsizliyə yer yoxdur”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin