Rusiyada fövqəlada vəziyyət elan edildi
27 Dekabr 2024
15:31 - 6 Dekabr 2024
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay Azərbaycana səfərə gəlib.
Manset.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Fuat Oktay dekabrın 6-dan 8-dək Bakıda keçiriləcək “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransında iştirak edəcək.
Tədbirdə 13 ölkə parlamentinin və beynəlxalq təşkilatların 100-ə yaxın nümayəndəsinin iştirakı gözlənilir. Konfrans çərçivəsində ADA Universitetində “İctimai diplomatiyada Azərbaycan və Türkiyə parlamentlərinin nümunələri” mövzusunda dəyirmi masa da keçiriləcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin