Rusiyada fövqəlada vəziyyət elan edildi
27 Dekabr 2024
15:55 - 5 Dekabr 2024
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Rusiyanın xarici işlər naziri Sergey Lavrovun çıxışından əvvəl Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının plenar iclas zalını tərk edib.
Manset.az bu barədə rus mətbuatına istinadən xəbər verir.
Bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri çıxışının sonunda Lavrovu hərbi cinayətkar adlandırıb.
"Ukrayna mövcud olmaq hüququ üçün mübarizəni davam etdirir və bu masada oturan rus hərbi cinayətkarı bunu bilməlidir: Ukrayna bu hüququ seçəcək və ədalət qalib gələcək", - Sibiqa vurğulayıb.
Ukrayna xarici işlər nazirinin ardınca bir sıra xarici işlər nazirləri və diplomatlar ATƏT Xarici İşlər Nazirləri Şurasının illik iclasının keçirildiyi zalı tərk ediblər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin