Rusiyada fövqəlada vəziyyət elan edildi
27 Dekabr 2024
12:11 - 5 Dekabr 2024
2010-cu ildə ilin adamı seçilən Mark Zukerberq elektrik enerjisinə artan tələbat səbəbindən nüvə obyekti tikmək qərarına gəlib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilib ki, dünyanın ən zəngin adamlarından biri olan Mark Zukerberq 2030-cu ildə özünün atom elektrik stansiyasını tikməyə hazırlaşır.
Sosial media tətbiqləri ilə tanınan məşhur iş adamının elektrik enerjisinə ehtiyacı olduğu üçün bu üsula əl atdığı bildirilib.
Şirkət ərazilərində mini atom elektrik stansiyaları qurmağı planlaşdıran iş adamı ildə 4 giqavat atom enerjisi istehsal etməyi hədəfləyir.
Zukerberqin planının 2030-cu ildə həyata keçirilməsinin gözlənildiyi və bu addımın təmiz enerjiyə keçiddə mühüm rol oynayacağı açıqlanıb. Mütəxəssislər şirkətin elektrik istehlakının 5 il ərzində 3 dəfə artacağını gözlədiklərini və ilk mini atom elektrik stansiyasının bu saatlarda işə düşəcəyini bildiriblər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin