“Ronaldo inanılmaz dərəcədə eqoist idi”

09:13 - 5 Dekabr 2024

“Ronaldo inanılmaz dərəcədə eqoist idi”

Məşhur sabiq futbolçu Rafael van der Vaar bir vaxtlarReal Madrid birgə çıxış etdiyi Kriştiano Ronaldo haqda danışıb.

 

Manset.az xəbər verir ki, o, “The LineUp” verilişində ulduz futbolçu barədə fikirlərini bölüşüb.

Hollandiyalının sözlərinə görə, Ronaldo eqoist idi:

“Mən həmişə zarafat edirəm ki, Ronaldo soyunub-geyinmə otağında heç vaxt çılpaq görmədiyim yeganə oyunçudur. Məşqə birinci gələn də o idi, sonuncu gedən də. Lakin, Ronaldo inanılmaz dərəcədə eqoist idi. 6:0 hesabı ilə qalib gəldiksə və o, qol vurmayıbsa, sevinməzdi. Əgər biz uduzsaydıq və o, iki qol vursaydı, onda hər şey qaydasında idi. Onunla çox danışırdım. O, həmişə deyirdi: “Mənə hədəflərim lazımdır!”.

Qeyd edək ki, Ronaldo və Rafael 2009-2010 mövsümündə “kral klubu”nda komanda yoldaşı olublar. Vaar 2010-cu ildə “Tottenhem”ə keçdi, Kriştiano isə 2018-ci ilə qədər “Real Madrid”də

qaldı.

 


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin