Bu insanlar yata bilmirlər

08:00 - 5 Dekabr 2024

Bu insanlar yata bilmirlər

Oulu Universitetinin alimləri müəyyən ediblər ki, mərhəmətli insanlar yuxusuzluq və digər yuxu pozğunluqlarından daha az əziyyət çəkirlər. 

 

Manset.az Lent.az-a istinadən bildirir ki, bu, araşdırmanın nəticələrinə əsasən qeyd olunub.

Bu elmi iş üçün alimlər "Young Finns Study"nun məlumatlarından istifadə ediblər. O, hələ 1980-ci ildə başlayıb və bu müddət ərzində orada 1962-1977-ci il təvəllüdlü 3596 nəfər iştirak edib. 1056 nəfərin yuxu keyfiyyəti ilə bağlı məlumatlar təhlil edilib.

Tədqiqatçılar mərhəmətli insanların yuxu pozğunluğundan əziyyət çəkmə ehtimalının bütün digər subyektlərə nisbətən daha az olduğunu qeyd ediblər. Ancaq buna baxmayaraq, depressiyanın olması, xarakter xüsusiyyətlərindən asılı olmayaraq hər hansı bir insanın yuxu keyfiyyətini pisləşdirə biləcəyi də müəyyən edilib.


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin