SON DƏQİQƏ: Azərbaycanın tanınmış həkimi vəfat etdi - FOTO
4 Dekabr 2024
16:19 - 3 Dekabr 2024
Çin BRİKS ölkələri ilə əməkdaşlığını müxtəlif sahələrdə davam etdirməyə və qlobal iqtisadiyyatın inkişafına dəstək verməyə hazır olduğunu bildirib.
Manset.az xəbər verir ki, bu bəyanatla çıxış edən Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Tsyan, Donald Trampın BRİKS ölkələrinə qarşı qadağanedici rüsumlar tətbiq etməklə bağlı etdiyi açıqlamaya münasibət bildirib.
Lin Tsyan BRİKS ölkələrinin inkişaf etməkdə olan bazarlar və inkişaf etməkdə olan dövlətlər arasında əməkdaşlıq üçün vacib bir platforma olduğunu vurğulayaraq, bu ölkələrin açıq, tolerant və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiq qaldığını qeyd edib.
Həmçinin, Donald Tramp BRİKS ölkələrini, öz milli valyutalarını yaratmamaq və ABŞ dollarını əvəz etmək məqsədilə başqa bir valyutanı dəstəkləməmək barədə öhdəlik götürməyə çağırmışdı.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin