"Qarabağ"ın futbolçusu 1 həftə yaşıl meydanlardan uzaq qalacaq

18:00 - 3 Dekabr 2024

"Qarabağ"ın futbolçusu Julio Romao bir həftə yaşıl meydanlardan uzaq qalacaq.


Manset.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, braziliyalı oyunçunun müalicəsi bir həftə çəkəcək.

Qeyd edək ki, Julio Romao "Neftçi"yə 3:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XV turunun matçında zədə alıb.


Xəbər xətti

4 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin