SON DƏQİQƏ: Azərbaycanın tanınmış həkimi vəfat etdi - FOTO
4 Dekabr 2024
16:46 - 3 Dekabr 2024
Məşhur iş adamı Adnan Əhmədzadə Azərbaycanda klub sahibi olmağa qərar verib.
Manset.az Bizim.media-ya istinadən xəbər verir ki, beynəlxalq futbol aləmi ilə, xüsusən İspaniyanın "Barselona" klubu ilə yaxşı əlaqələri olan iş adamı I Liqada çıxış edən "Mingəçevir" klubuna sahib olmaq üçün ilk addımını atıb.
Sahibkar, bunun üçün AFFA-ya rəsmi müraciət edib.
Qurumla Əhmədzadə arasında danışıqlar hələ yekunlaşmayıb. O, zəngin futbol ənənələrinə malik Mingəçevirin təmsilçisini ölkənin aparıcı klubları sırasına daşımaq niyyətindədir.
Qeyd edək ki, braziliyalı dünya çempionu Ronaldinyo və "Barselona"nın prezidenti Joan Laportanı COP29 tədbiri ilə bağlı Bakıya gətirən iş adamı argentinalı əfsanə Lionel Messi ilə dostluq əlaqələri ilə də tanınır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin