"Hazırda valideynlərimin vəziyyəti ağırdır" - Vüqar Həşimovun bacısı

13:34 - 3 Dekabr 2024

"Reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Müalicələri davam etdirilir, vəziyyətləri ağırdır".

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə açıqlama verən Vüqar Həşimovun bacısı Samirə Allahverdiyeva valideynlərinin vəziyyətinin ağır olduğunu bildirib.

"Hazırda atamda ağır yanıq xəsarəti var. Həkimlər atamın təcili əməliyyata alınmalı olduğunu bildirərək Yanıq Mərkəzinə göndərdilər. Anamda isə ağır sınıq və yanıq xəsarətləri var. Hazırda cavab gözləyirik. Valideynlərimin vəziyyətləri ağırdır", - deyə S.Allahverdiyeva əlavə edib.

Xatırladaq ki, bu gün Sumqayıt şəhəri, Sahil küçəsi, Novxanı bağlar massivində yerləşən fərdi yaşayış evində partlayış baş verib. Partlayış zamanı mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri Qasım Həşimov və Aidə Həşimova xəsarət alıblar.


Xəbər xətti

4 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin