SON DƏQİQƏ: Azərbaycanın tanınmış həkimi vəfat etdi - FOTO
4 Dekabr 2024
13:18 - 3 Dekabr 2024
AFFA “Turan Tovuz” klubuna xəbərdarlıq edib.
Manset.az Report.az-a istinadən xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Buna Tovuz klubunun azarkeşlərinin Misli Premyer Liqasının XV turunda baş tutan “Araz-Naxçıvan”la matçın 83-cü dəqiqəsində hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi olub. Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə AFFA “Turan Tovuz” klubuna xəbərdarlıqla kifayətlənib.
XV turun “Şamaxı” - “Kəpəz” matçında Gəncə təmsilçisi 4 futbolçusunun sarı vərəqə ilə cəzalandırılmasına görə 700 manat cərimələnib.
“Zirə” – “Sumqayıt” oyununda isə qonaqlar 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə 700 manat cərimələnib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin