Tramp Baydeni tənqid etdi

17:32 - 2 Dekabr 2024

Tramp Baydeni tənqid etdi

ABŞ-nin 47-ci prezidenti seçilən Donald Tramp bəyan edib ki, prezident Co Baydenin vergidən yayınmaqda və silah əldə etməkdə qanun pozuntularında ittiham olunan oğlu Hunter Bayden üçün əfv səlahiyyətindən istifadə etməsi “ədalətdən sui-istifadə və yanlış tətbiqdir".

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Donald Tramp sahib olduğu "Social Truth" sosial media platformasında etdiyi paylaşımda ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Bayden üçün əfv qərarı verməsini tənqid edib.

O, Baydenin 6 Yanvar Konqres basqınına görə həbs edilənləri və Hanter Baydeni əfv etmə qərarına niyə daxil etmədiyini sual edib və "Ədalətin sui-istifadəsi və pis istifadə edilməsi belə olur!" ifadəsini işlədib.

Xatırladaq ki, Bayden daha əvvəl verdiyi vədini pozaraq, vergi qaçırmaq və silah alışı ilə bağlı qanun pozuntuları ilə günahlandırılan oğlu Hanter üçün əfv qərarı imzalayıb.

 

 

 

 


Xəbər xətti

27 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin