Azərbaycan millisi Qətərlə heç-heçə etdi

23:04 - 14 Noyabr 2021

Azərbaycan millisi Qətərlə heç-heçə etdi

Futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

Manset.az-ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakıda Qətər yığması ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunda oynanılan və litvalı FIFA referisi Donatas Rumşas idarə etdiyi görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Qarşılaşmada hesabı qonaqlar açıblar. 23-ci dəqiqədə Almez Əli fərqlənib. 37-ci dəqiqədə Emin Mahmudov özünə qarşı kobudluqdan sonra təyin olunan penaltini dəqiq yerinə yetirməklə tarazlığı bərpa edib. İlk hissə qarşılıqlı qollarla yekunlaşıb. İkinci yarıya daha yaxşı başlayan Azərbaycan millisi 67-ci dəqiqədə rəqibi növbəti dəfə meydanın mərkəzinə dəvət edib. Mahmudov özünün və komandasının 2-ci qoluna imza atıb. Yeri gəlmişkən, bu, 29 yaşlı yarımmüdafiəçinin yığmadakı 8-ci qolu olub. Matçda son nöqtəni isə Qətərin heyətində Almez Əli qoyub. 25 yaşlı hücumçu 78-ci dəqiqədə dubluu rəsmiləşdirib.

Matçın əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Mahmudovun yerinə meydana daxil olan "Zirə"nin müdafiəçisi Cəlal Hüseynov yığmada debüt edən 257-ci oyunçu kimi tarixə düşüb.

Qeyd edək ki, bu, Azərbaycan millisinin 2021-ci ildəki son oyunu olub.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin