700 min nəfərin maaşı ARTACAQ
5 Fevral 2025
20:42 - 1 Dekabr 2024
Məşhur fransalı aktyor Nils Arestrup vəfat edib.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, o, 75 yaşında dünyasını dəyişib.
Arestup 80-dən çox filmdə oynayıb və üç dəfə Fransanın "Sezar" milli film mükafatına layiq görülüb.
O, 8 fevral 1949-cu ildə Fransanın Montreuil şəhərində anadan olub. Aktyor kino karyerasına 24 yaşında başlayıb və fransız rejissorları Alen Resnais və Jak Odiardın filmlərində oynadığı rollarla məşhurlaşıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin