"Qarabağ" "Lion"a məğlub oldu - YENİLƏNİB
29 Noyabr 2024
22:37 - 28 Noyabr 2024
Avstraliya parlamenti noyabrın 28-də 16 yaşından kiçik uşaqların sosial şəbəkələrdə qeydiyyatdan keçməsini qadağan edən qanun layihəsini qəbul edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu, dünyada ilk belə qanun olaraq tarixə düşüb.
Qanun yalnız yeni qeydiyyatları əhatə edir, messencerlər və onlayn oyunlar isə istisna olunur. Sosial şəbəkə operatorları, yaş məhdudiyyətinə riayət etmədikdə 50 milyon Avstraliya dolları cərimə ilə üzləşəcək.
Qanun 2025-ci ilin sonunda tam qüvvəyə minəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin