İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında - FOTOLAR
28 Noyabr 2024
10:36 - 28 Noyabr 2024
ABŞ Prezidenti Co Bayden administrasiyası Ukrayna üçün 725 milyon dollar dəyərində silah paketi hazırlayır.
Manset.az bu bardə "Reuters"-ə istinadən xəbər verir.
Mənbələr qeyd edir ki, istefa verən prezident yanvarda hakimiyyətin təhvil verilməsi ərəfəsində Ukraynanı gücləndirməyə çalışır.
Bayden administrasiyasının planına əsasən, ABŞ Rusiya qoşunlarının irəliləməsini dayandırmaq məqsədilə müxtəlif anti-tank vasitələri, piyada əleyhinə minalar, "Stinger" zenit-raket kompleksləri, HIMARS sistemləri üçün sursatlar və kasetli döyüş sursatları göndərəcək.
Rəsmilərdən birinin dediyinə görə, ABŞ Konqresindən yeni silah paketi ilə bağlı rəsmi bildiriş bazar ertəsi gələ bilər.
Paketin məzmunu və ölçüsü yaxın günlərdə Baydenin gözlənilən imzalanmasından əvvəl dəyişə bilər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin