SON DƏQİQƏ: Ölkədə məktəblər bağlanır? - Nazirdən açıqlama
27 Noyabr 2024
14:52 - 27 Noyabr 2024
Almaniya hakimiyyəti "Birinci kanal"ın Almaniya bürosunu bağlamaq qərarına gəlib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qeyd olunur ki, buna səbəb rusiyalı jurnalist İvan Blaqoyun açıqlaması olub .
O, efirlərin birində "Banderanın tərəfdarları məğlub olacaq" ifadəsini işlədib.
Bundan əlavə, ofis işçilərindən Almaniya ərazisini tərk etmək tələb olunub. Bu qərar Almaniyanın təhlükəsizlik siyasətinin maraqları ilə izah olunub.
Qeyd edək ki, Stepan Bandera, 20-ci əsrin ortalarında Ukraynanın müstəqilliyi uğrunda mübarizə aparmış bir liderdir. O, Ukrayna Milli Hərəkatının öndə gedən fiqurlarından biri olub, xüsusilə Ukrayna Milli Azadlıq Ordusu başında olub. Bandera, 1940-cı illərdə, xüsusilə II Dünya Müharibəsi zamanı, həm Sovetlər Birliyinə, həm də Polşaya qarşı mübarizə aparıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin