Fəzail Ağamalı ailəlikcə məhkəməyə verildi - Krediti ödəmirlər
27 Noyabr 2024
13:18 - 27 Noyabr 2024
Milli Məclisdə 2025-ci ilin büdcə zərfinin müzakirəsi zamanı çıxış edən Sahil Babayev bildirib ki, komitə iclaslarında 40-adək sualı cavablandırsa da, plenar iclasda həmin suallar təkrarən qaldırılıb.
Manset.az Musavat.com-a istinadən xəbər verir ki, onun sözlərinə görə, belə çıxır ki, komitə müzakirələrində verilən cavabların heç bir effekti olmayıb.
Daha sonra Sahil Babayev deputatları narahat edən məsələlərlə bağlı fikirlərini bölüşüb.
Bildirib ki, hər ilin dövlət büdcəsində əhaliyə ödənişlərlə bağlı 7 milyard manat vəsaitin ayrılması dövlətin siyasətinin göstəricisidir. Nazir qeyd edib ki, ölkədə son illərdə minimum əmək 2,7 dəfə, minimum pensiya 2,5 dəfə artıb. Onun sözlərinə görə, 2019-cu ildə həssas təbəqədən olan insanlara ayrılan vəsait 400 milyon manat idisə, artıq 1,9 milyard manatdır. Həmçinin 600 minə yaxın əmək müqavilələrinin sayında artım olub. Bunun bir qrupu yeni yaradılan iş yerləridir, digər qrupu isə əmək münasibətlərinin leqallaşdırılmasıdır:
“4 milyon insanı, əhalinin 40 faizini əhatə edən siyasətdən söhbət gedir”.
Sahil Babayev şəhid ailələrinə, müharibə əlilləri, müharibə veteranına göstərilən diqqətdən də bəhs edib.
Bildirib ki, 130 min şəhid ailəsi, müharibə əlili, müharibə veteranı dövlətin dəstəyindən bəhrələnir. 136 min şəxsə sosial ödəniş edilir. Həmçinin 16 min şəhid ailəsi, müharibə əlilinə evlər verilib. 7700 müharibə əlili avtomobillə təmin edilib. 27 min müharibə əlilinə iş yerləri yaradılıb. 12 min nəfərə isə özünüməşğulluq çərçivəsində mini təsərrüfatlar yaradılıb. Daha 20 min nəfər isə digər işlərlə təmin olunub.
Nazir qeyd edib ki, reabilitasiya xidmətləri çərçivəsində 68 min xidmət göstərilib. Bundan əlavə, Birinci vitse-prezidentin qayğısı ilə 600 müharibə əlili protezlə təmin olunub.
Sahil Babayev bildirib ki, Çernobıl, 20 Yanvar əlillərinə də bu dəstək hər zaman var, onlar yaddan çıxmayıb. Nazir əlavə edib ki, ölkədə əlilliyə görə 541 min ödəniş var. Bu insanlara 2,5 milyard manata yaxın vəsait ödənilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin