Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO
26 Noyabr 2024
00:11 - 14 Noyabr 2021
2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində IX turun daha 2 oyunu keçirilib.
Manset.az-ın məlumatına görə, G qrupunda Türkiyə yığması İstanbuldakı "Başakşehir Fatih Terim" stadionunda Cəbəllütariq yığmasını qəbul edib. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 6:0.
Hesabı 11-ci dəqiqədə Kerem Aktürkoğlu açıb. 22-ci dəqiqədə Cəbəllütariq yığması Ceys Maskarenyas-Oliveronun qırmızı vərəqə alması səbəbindən azlıqda qalıb. "Ay-ulduzlular" qalan bölümdə say üstünlüyündən layiqincə yararlanıblar. Halil Dervişoğlu 38 və 41-ci dəqiqələrdə fərqlənərək, "dubl" edib. İkinci hissədə meydan sahibləri daha 3 qol vurub. Merih Demiral 65-ci, Serdar Dursun 81-ci, Mert Müldür 84-cü dəqiqədə fərqlənməyi bacarıb.
Qrupun digər qarşılaşmasında Norveç yığması evdə Latviyanın müqavimətini qıra bilməyib.
Bununla da Türkiyə millisi xallarını 18-ə çatdıraraq, 2-ci pilləyə yüksəlib. 17 xala malik Norveç 3-cü pilləyə enib.
Bu gün Bakı vaxtı ilə saat 23:45-də başlanacaq görüşdə Niderland səfərdə Monteneqroya qalib gəlsə, qrup birincisi kimi dünya çempionatına vəsiqə qazanacaq. Bu halda, Türkiyə "pley-off" üçün mübarizə aparacaq. "Narıncılar" xal itirəcəyi təqdirdə isə qrupda ilk pillənin taleyi son tura qalacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin