Sabah bələdiyyyə seçilərinin tarixi elan ediləcək

17:03 - 26 Noyabr 2024

Sabah bələdiyyyə seçilərinin tarixi elan ediləcək

Sabah növbəti bələdiyyə seçkilərinin keçiriləcəyi tarix açıqlanacaq.

 

Manset.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib.

O bildirib ki, bələdiyyə seçkilərinin tarixinin açıqlanması üçün sabah MSK-nin iclasi təyin edilib.

Xatırladaq ki, bələdiyyə seçkiləri 5 ildən bir keçirlir. Sonuncu bələddiyə seçkiləri 2019-cu il dekabrın 23-də keçirilib.

Sonuncu seçkilər 15 min 156 bələdiyyə üzvünün seçilməsi üçün 1606 bələdiyyəni əhatə edib. 1597 bələdiyyədə seçkilər baş tutmuş hesab edilib və 15 075 bələdiyyə üzvü seçilib.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin