Yağıntılı hava nə vaxtadək davam edəcək? - Açıqlandı
26 Noyabr 2024
16:11 - 26 Noyabr 2024
Rusiya Xarici İşlər Nazirliyi Böyük Britaniyanın Moskvadakı səfiri Naycel Keysi çağırıb.
Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Böyük Britaniya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb", - diplomat bildirib.
Qeyd olunur ki, Keysi artıq nazirliyə gəlib.
Bundan əvvəl Rusiya XİN Britaniyanın Moskvadakı səfirliyinin əməkdaşının işində kəşfiyyat fəaliyyətinin əlamətlərinin müəyyən edildiyi barədə məlumat vermişdi . Diplomat ölkəyə daxil olarkən yalan məlumat verdiyi üçün akkreditasiyadan məhrum edilib.
Söhbət Böyük Britaniya səfirliyinin siyasi şöbəsinin ikinci katibi Uilks Edvard Prayordan gedir. Ona iki həftə ərzində Rusiyanı tərk etmək əmri verilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin