Sürücülərin NƏZƏRİNƏ! - Xəbərdarlıq edildi
18 Noyabr 2024
21:43 - 13 Noyabr 2021
Sudanın paytaxtı Xartumun peyk şəhəri olan Omdurmanda nümayiş zamanı başş verən atışma nəticəsində azı beş nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Manset.az xəbər verir ki, bu barədə Sudan Mərkəzi Həkimlər Komitəsi feysbuk hesabında məlumat yayıb.
Məlumata görə, Omdurmanda dinc etirazçı bugünkü nümayişlər zamanı Sudan hərbi şurası qüvvələri tərəfindən öldürülüb.
Təşkilatın məlumatına görə, Xartumun bir neçə rayonunda çoxlu sayda yaralılar var.
Həftələrlə davam edən etirazlardan sonra Sudan hərbçiləri oktyabrın 25-nə keçən gecə ölkənin baş naziri Abdullah Hamduku, eləcə də bir sıra yüksək vəzifəli məmurları və tanınmış siyasətçiləri həbs ediblər. Ölkə lideri, general Əbdülfəttah əl-Burxan ən yüksək hakimiyyət orqanlarını istefaya göndərib və fövqəladə vəziyyət elan edib. O, həmçinin 30 yaşlı prezident Ömər əl-Bəşirin devrilməsindən sonra ölkədə keçid dövrünü və ordu ilə mülki hakimiyyət arasında münasibətləri müəyyən edən konstitusiya bəyannaməsinin bir sıra maddələrinin icrasını dayandırıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin