Bayden və Makron Livanda atəşkəs elan etməyə hazırlaşır

16:00 - 26 Noyabr 2024

Bayden və Makron Livanda atəşkəs elan etməyə hazırlaşır

ABŞ və Fransa rəhbərləri İsrailin Hizbullaha qarşı əməliyyat keçirdiyi Livanda 36 saat ərzində atəşkəs elan etməyi planlaşdırır.

 

Manset.az bu barədə "Reuters"-ə istinadən xəbər verir.

Məlumata görə, noyabrın 26-da İsrail Nazirlər Kabineti Hizbullahla atəşkəs razılaşmasını təsdiqləmək üçün görüşməyi planlaşdırır. Livan parlamentinin sədr müavini Elias Bou Saab, verdiyi şərhdə, İsrailin Baş naziri Binyamin Netanyahu "fikrini dəyişməyincə" Beyrutun ABŞ-nin təklif etdiyi atəşkəs planının həyata keçirilməsində "ciddi maneələr" görməyəcəyini söylədi.

 


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin