Hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ
25 Noyabr 2024
17:49 - 25 Noyabr 2024
“Sabah”da yeni baş məşqçi təyinatı gerçəkləşib.
Manset.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Rusiyalı mütəxəssis Vasili Berezutski ilə 2,5 illik müqavilə bağlanıb.
Gənc mütəxəssis daha öncə Niderlandın “Vitess” (2018-2019), Rusiyanın ÇSKA (2020-2021, 2022), “Krasnodar” (2021-2022), həmçinin Çinin “Şanxay Şenxua” (2023-2024) klublarında köməkçi məşqçi kimi fəaliyyət göstərib. Moskvanın ÇSKA klubunda idman koordinatoru olub (2020).
Berezutski futbolçu kimi Rusiyanın “Torpedo-ZİL” və ÇSKA klublarında çıxış edib. O, Rusiya millisinin əsas komandasında 101 oyun keçirib (5 qol).
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin