Baydendən İran nefti ilə bağlı AÇIQLAMA

17:27 - 13 Noyabr 2021

Baydendən İran nefti ilə bağlı AÇIQLAMA

ABŞ Prezidenti Co Bayden İran neftinə qarşı tətbiq edilən sanksiyaların qüvvədə qaldığını təsdiq edib.

Manşet.az  xəbər verir ki, bu barədə məlumat Co Baydenin imzaladığı memorandumda qeyd olunub. 

Co Bayden qeyd edib ki, İrandan başqa digər ölkələrdə də kifayət qədər neft və neft məhsulları ehtiyatı var. Onun sözlərinə görə, sözügedən ehtiyatlar xarici maliyyə qurumları tərəfindən və ya onlar vasitəsilə İrandan alınan neft və neft məhsullarının həcminin əhəmiyyətli dərəcədə azaldılmasına imkan verəcək qədərdir. 


Xəbər xətti

18 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin