Sürücülərin NƏZƏRİNƏ! - Xəbərdarlıq edildi
18 Noyabr 2024
16:22 - 13 Noyabr 2021
Rusiyanın Belarus sərhədindəki miqrant böhranı ilə heç bir əlaqəsi yoxdur.
Manşet.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. Yerli televiziya və radio qurumu VGTRK-ya müsahibə verən Rusiya prezidenti oradakı insanların Rusiya hava yolu şirkətləri vasitəsilə daşınmadığını bildirib.
Putin Avropadakı miqrant böhranının hərbi və iqtisadi səbəblərdən qaynaqlandığını söyləyib. O vurğulayıb ki, bu ölkələrdə rifah səviyyəsinin yüksək olmasına görə insanlar Avropaya üz tutur.
Rusiya Prezidenti bəyan edib ki, Belarus prezidenti Aleksandr Lukaşenko və Almaniya kansleri vəzifəsini icra edən Angela Merkel bir-biri ilə görüşməyə hazırdır.
“Ümid edirəm ki, bu görüş tezliklə baş tutacaq. Bu, çox vacibdir, çünki miqrantlar ilk olaraq Almaniyaya getməyə çalışırlar”, - Putin bildirib.
ölkə.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin