İsveçrə Netanyahunu həbs etməyə söz verdi

11:48 - 22 Noyabr 2024

İsveçrə Netanyahunu həbs etməyə söz verdi

İsveçrə İsrailin Baş naziri Benyamin Netanyahunu ölkəyə gələrsə Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderi əsasında həbs edəcək.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsveçrə Ədliyyə Nazirliyi vəd edib.

“Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq öhdəliyinə uyğun olaraq, İsveçrədən Netanyahu və digər müttəhimlərin İsveçrəyə mümkün girişi halında onları həbs etmələri, habelə onların BCM-ə təhvil verilməsi proseduruna başlaması tələb olunacaq”, - departamentdən bildirilib.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi (ICC) İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin keçmiş müdafiə naziri Yoav Gallantın həbsinə order vermişdi. 

 


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin