Bu gün Kəlbəcər Şəhəri Günüdür
25 Noyabr 2024
22:44 - 21 Noyabr 2024
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borel Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrailin baş naziri Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qalanta qarşı həbs qərarına münasibət bildirib.
Manset.az APA-ya istinadən xəbər verir ki, Borel sözügedən şəxslərin həbsi ilə bağlı qərarın hörmət edilməli və icra edilməli olduğunu bildirib.
İordaniyada səfərdə olan Borel Beynəlxalq Cinayət Məhkəməsinin qərarını dəstəkləyib.
Qərarın siyasi olmadığını vurğulayan Borel, bütün Avropa Birliyi ölkələri daxil olmaqla məhkəməyə üzv dövlətləri qərarı icra etməyə dəvət edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin