Bakı tamamilə elektrik avtobuslara keçəcək

15:03 - 20 Noyabr 2024

Bakı tamamilə elektrik avtobuslara keçəcək

"2030-cu ilədək paytaxtda bütün ictimai nəqliyyat vasitələrinin elektrik mühərrikli analoqları ilə əvəzlənməsi nəzərdə tutulub".

 

Manset.az xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev söyləyib.

Nazir əlavə edib ki, Azərbaycan yaxın zamanlarda dayanıqlı ekosistemin yaradılması barədə öhdəlik götürüb:

"Biz 100 kilometr mikromobil zolaqların çəkilməsini nəzərdə tutmuşuq. 160 ədəd elektrikli avtobus ölkəyə gətirilib. Bunların sayı artırılacaq".


Xəbər xətti

20 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin