İran xam neftini Çinə daşıyan GİZLİ neftdaşıma mərkəzi üzə çıxdı - ŞOK FAKTLAR
20 Noyabr 2024
12:59 - 20 Noyabr 2024
Noyabrın 18-i Aİ Şurası "İran və Rusiya Federasiyası arasında hərbi-texniki əməkdaşlıq" və "Tehranın Yaxın Şərq və Qırmızı dəniz bölgəsindəki silahlı qrup və təşkilatlara dəstəyi" ilə əlaqədar Aİ-nin İrana qarşı sanksiyalarını genişləndirmək qərarına gəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, sanksiyalar, xüsusən də İran İslam Respublikası Dəniz Gəmiçiliyi (IRISL) və onun direktoru Məhəmməd Rza Xiyabanini əhatə edib.
Həmçinin Böyük Britaniya hökuməti İranın İslam Respublikası Aviasiya Şirkətinə (“Iran Air”) və İran Gəmi Xətləri (IRISL) dövlət müəssisələrinə Rusiyaya ballistik raketlərin transferində iştirak etdikləri üçün sanksiyalar tətbiq edib.
Məsələ ilə bağlı Böyük Britaniya krallığının Tehrandakı müvəqqəti işlər vəkili İslam Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb.
“İran Xarici İşlər Nazirliyi Böyük Britaniya səfirini çağırıb. İran Böyük Britaniyanın bu cür məntiqsiz addımlarına cavab verəcək”, - İran XİN açıqlama verib.
Öz növbəsində, İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Araqçi "X" sosial şəbəkəsində Böyük Britaniyanı “Beynəlxalq humanitar hüququ pozaraq İsrailin istifadə etdiyi silahları tədarük etməkdə” ittiham edib.
O həmçinin "Böyük Britaniyanın ziddiyyətli davranışını və ikili standartların mövcudluğunu" qeyd edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin