Ağacan Abıyevin vəziyyəti pisləşdi - Xəstəxanaya qaldırıldı
20 Noyabr 2024
12:40 - 20 Noyabr 2024
Azərbaycanda I və II Qarabağ müharibəsi nəticəsində əlillik qazanmış şəxslərin hazırkı sayı məlum olub.
Manset.az xəbər verir ki, 2024-cü il oktyabrın 1-i vəziyyətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin sayı 14 340 nəfər təşkil edib. Bir nəfərə düşən orta aylıq təqaüdün məbləği 382,92 manat təşkil edib.
Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərin sayı isə 2 806 nəfərdir. Bir nəfərə düşən orta aylıq təqaüdün məbləği 386,23 manatdır.
Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərin sayı hazırda 2 494 nəfər təşkil edir. Bir nəfərin orta aylıq təqaüdün məbləği 400,36 manata bərabərdir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin