İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT

09:52 - 20 Noyabr 2024

İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT

Prezident İlham Əliyevin Sərəncamı ilə İlham Bayramov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini təyin edilib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, İlham Bayramov 1992-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “Torpaqşünaslıq və aqrokimya” fakültəsinin məzunudur. O, 2002-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının “Strateji Tədqiqatlar və Dövlət Müdafiəsinin İdarəetmə Akademik Kursları”nı bitirib. 2006-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Rəhbər kadrların ixtisasının artırılması” fakültəsini fərqlənmə ilə başa vurub.

2005-ci ildə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində şöbə rəisi, 2006-cı ilin yanvar ayında Xidmətin rəis müavini vəzifəsinə təyin edilib və 2009-cu ilin may ayına qədər həmin vəzifədə çalışıb.

2009-2013-cü illərdə “Caspel” MMC-nin idarə heyətinin sədr müavini qismində fəaliyyətini davam etdirib.

2013-2014-cü illərdə “Azərsu” ASC-nin İnformasiya və Kommunikasiya Texnologiyaları departamentinin rəisi vəzifəsində çalışıb.

2014-2018-ci illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin aparatının rəhbəri, nazirin müşaviri işləyib.

2018-2021-ci illərdə Azərbaycan Sənaye Korporasiyası ASC-də İstehsal və Əməliyyatlar departamentinin direktoru vəzifələrində çalışıb.

2021-ci ilin 10 dekabr tarixindən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin Baş direktoru olaraq fəaliyyətini davam etdirib.

Qeyd edək ki, İlham Bayramov 10 avqust 1970-ci ildə Zəngəzur mahalının Qarakilsə rayonunun Urud kəndində ziyalı ailəsində anadan olub.

Evlidir, 3 övladı var.



Xəbər xətti

20 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin