Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
18 Noyabr 2024
00:14 - 13 Noyabr 2021
Dünyanın bir çox xalqlarında toy gecəsi iki gəncin qovuşmasından ziyadə, həm də əsrlərlə riayət edilən ritualların icra olunması üçün imkandır.
Manset.az modern.az-a istinadən dünya xalqlarında toy gecəsi ilə bağlı bır sıra adətləri təqdim edir:
Meksika, Peru və Braziliyada toy gecəsi yeni evlənmiş cütlük ər-arvad vəzifələrini icra etməzdən öncə ayın bədrlənməsini gözləməlidirlər. Bəzən bunun üçün həftələrlə vaxt tələb olunur.
Samoada yeni evlənmiş cütlük qızın valideynləri ilə bir yataqda sevişməlidirlər. Əgər sevişərkən qızın valideynləri oyanarlarsa, qədim adətə görə onlar təzə bəyi döymək hüququna malikdirlər.
Hindistandakı bir sıra xalqlarda toydan sonra 3 gün ərzində sevişmək qadağandır. Hesab olunur ki, bu, gəlinləri mühafizə edən ilahənin qəzəbinə səbəb ola bilər. Buna görə gənclərin yatağına ortadan udumbura adlanan ağacdan hazırlanmış xüsusi dəyənək qoyulur.
Şimali Afrikada isə uzun illər başqa bir adət mövcud idi. Toy günü bütün qonaqlar bir nəfər kimi gəlinlə yatdıqdan sonra öz toy hədiyyələrini təqdim edirdilər.
Qədim slavyanlarda toy gecəsi bəylə gəlin tək qalmırdılar. Bəyin böyük qardaşları onları seyr edirdilər. Nəslin artması hər şeydən vacib olduğuna görə bəydə cinsi zəiflik olsaydı, böyük qardaşlar bəyin funksiyalarını icra etməli idilər.
Afrikadakı bəzi tayfalarda gəlin köçən qızların 2 ön dişi yerindən çıxarılırdı. Buna görə də gülümsəyən dişsiz qadın Afrikada ərli qadınların əsas əlamətlərindən sayılır.
Afrikalılar arasında insanı şoka salan başqa bir toy adətində isə tayfa başçısı xüsusi vasitələr, o cümlədən xəncərlə yenicə gəlin olmuş qızın bakirəliyini pozur. Bundan sonra o bütün tayfa üzvlərinin gözü qarşısında onunla cinsi əlaqədə olur. Yalnız bundan sonra onu həyat yoldaşının evinə göndərirlər.
Türkiyədə toy gecəsinin səhəri bəy evinin eyvanından qanlı mələfə asılırdı. Bu, təzə gəlinin bakirə olduğunu qohumlara bildirmək üçün idi. Lakin eyvandan ağ mələfə asılardısa, bu, gəlinin bakirə olmadığından xəbər verirdi.
Tatarıstanda toy gecəsini hamamda keçirmək adəti mövcuddur. Tatarlar hesab edirlər ki, bununla gənclər evlilik həyatına təmiz və təravətli daxil olacaqlar.
Afrikadakı bəzi tayfalar arasında geniş yayılan adətlərdən biri isə bundan ibarət idi ki, yeni gəlin toy gecəsi tayfanın kahini, öz qayınatası və qaynı ilə cinsi əlaqədə olmalıdır. Yalnız bundan sonra o, bəylə tək qala bilərdi.
Yunanıstanda ilk toy gecəsi yatağa birinci olaraq balaca uşaqları buraxırdılar. Oynayan və qaçan uşaqlar gələcək ailənin sağlam övlad sahibi olacağına ümid ifadə edirdi.
Balkan dövlətlərindən sayılan Makedoniyada da toy gecəsi adəti maraqlıdır. Burada bəylə gəlin evliliklərinin ilk günü toy hədiyyələrinə sahib olmaq üçün bir-birilə mübarizə aparır. Hədiyyələrə sahib olan tərəf ailənin başçısı sayılır.
Fillipində bəy və gəlin toy gecəsi sərxoş olana qədər içməlidirlər. Fillipinlilər hesab edir ki, bu xüsusi gündə yalnız qonaqlarla əylənmək və içmək vacibdir. Mütləq qaydada sərxoş olacaqları üçün bəylə gəlinə cinsi əlaqədə olmaq da qadağandır.
Afrikanın mərkəzi bölgələrində yaşayan Baxutu tayfasının toy gecəsinə öz baxışı mövcuddur. Belə ki, Baxutu tayfasında toy gecəsi bəylə gəlin nəinki bir-biri ilə yaxınlıq etməməli, həm də bir-biri ilə dalaşmalıdırlar.
Gəlin cırmaq atmaq və dişləməklə, bəysə yumruq zərbələri ilə müdafiə olunmalıdır. Bütün gecə davam edən mübarizə səhər açılanda tərəflərin öz ata evlərinə qayıdaraq istirahət etməsi ilə davam edir. Gecə yenidən öz ortaq evlərinə gələrək davalarını davam etdirirlər. Bu, xanım bütün gücünü tükədənə və ərinə qarşı aqressiyası yox olana qədər davam edir. Bundan sonra o ərinin evinə köçür və onunla sülh şəraitində yaşamağa başlayır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin